Wirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Yasamalda tapılan uşaq ailəsinə verildi - Foto
 
						Yasamalda tapılan uşaq ailəsinə verildi 
							 - Foto
Əlavə olunub: 05.03.2024 | 15:37 | Baxılıb: 4071
Bu gün səhər saatlarında Yasamal rayonunda azyaşlı qız tapılıb.

“wirin.az” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. 

Uşağı tapan şəxsin bildirdiyinə görə, o, səhər saat 9-da pijamada, ayaqyalın həyətdə gəzirmiş: “Qonşuların hamısından soruşduq, heç kim tanımadı. Uşaq donurdu, evə gətirib polisə xəbər verdik. Ayaqlarının altı qapqara idi, bilinir ki, çox yol gəlib…”

Yayılan görüntülərlə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, azyaşlının valideynləri tapılıb və o, ailəsinə təhvil verilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.